Yeniyetmə cüdoçular Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
22 noyabr 2024 904
Göygöl Olimpiya İdman Kompleksində müxtəlif regionlardan olan yeniyetmə cüdoçular təlim-məşq toplanışı keçiblər.
Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan hazırlıq prosesində on gün ərzində 100-ə yaxın potensiallı idmançı peşəkarlıq səviyyəsinin və hazırlıq göstəricilərinin artırılması məqsədilə intensiv məşq proqramında iştirak edib.
Təlim-məşq toplanışı gələn il keçiriləcək 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədi daşıyıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı