Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda yarışacaqlar
30 noyabr 2022 997
Dekabrın 1-də “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna start veriləcək.
Azərbaycan Respublikası Gənclər və ldman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparacaqlar. Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.
Qeyd edək ki, fərqlənən idmançılar AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı