Yeniyetmələrin Qış Olimpiya Oyunları İtaliyada keçiriləcək
31 yanvar 2025 455

Yanvarın 30-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 143-cü növbədənkənar sessiyası keçirilib.
BOK-un prezidenti Tomas Baxın da iştirakı ilə İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə İtaliyanın Dolomiti Valtellina bölgəsinin 2028-ci ildə Yeniyetmələrin V Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi müəyyənləşib. Oyunlar Valtellina, Trentino və Kortinada keçiriləcək. Bundan başqa yarışlar zamanı Milano-Kortina-2026 Qış Olimpiya Oyunlarının idman obyektlərindən də istifadə ediləcək. Dolomiti Valtellina-2028-in Təşkilat Komitəsinin üzvləri də müəyyənləşib. Belə ki, Təşkilat Komitəsinə İtaliya Olimpiya Komitəsinin prezidenti Covanni Malaq, BOK-un italiyalı üzvü Andrea Abodi, İtaliyanın idman və gənclər naziri Attilio Fontana, Lombardia regionunun rəhbəri Mauriso Fuqatti, Trento Muxtar vilayətinin rəhbəri Kristiano Korazzari, Olimpiya çempionları Diana Biançedi və Antonio Rossi daxil edilib.
Qeyd edək ki, oyunlar 2028-ci il yanvarın 15-29-da keçiriləcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı