Yığma komandaların təlim-məşq toplanışının yekunları müzakirə edildi
04 aprel 2025 555
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mənzil-qərargahında vitse-prezident Firdovsi Umudovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda yığma komandaların məşqçiləri ilə yanaşı, inzibatı heyətin əməkdaşları da iştirak ediblər. İclasda yığma komandamızın təlim-məşq toplanışının yekunları ilə bağlı məşqçilərin hesabatı dinlənilib və gələcək yarışlara hazırlıq səviyyəsi müzakirə olunub. İdmançıların yeni çəki dərəcələrinə keçidi və uyğunlaşma dövrünə nəzarət məsələləri ilə bağlı məşqçilər heyətinə konkret tapşırıqlar verilib. Atletlərin inkişaf dinamikası ilə əlaqədar mütəmadi hesabatların hazırlanması onlara həvalə olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı