Yığma komandanın 5 üzvündə koronavirus aşkarlanıb
25 iyul 2024 1210
Paris-2024 Yay Olimpiya Oyunları başlamazdan əvvəl Avstraliyanın qadın su polosu komandasının beş üzvündə koronavirus aşkarlanıb.
"Olympic.az" "RMS Sport"a istinadən xəbər verir ki, komandanın digər üzvlərinin, eləcə də kişilərdən ibarət yığmanın infeksiyaya yoluxmaması üçün tədbirlər görülüb.
“Koronavirusu qrip kimi digər viruslarla eyni şəkildə müalicə edirik. Biz Tokioda deyilik. Komandamızın üzvləri arasında ciddi hal baş verməyib. Onlar məşqlərə davam edirlər. Parisə təcrübəli hakim personalı ilə gəlmişik. Onlar öz işinin öhdəsindən gələcəklər. Narahatlıq üçün heç bir əsas görmürük", - deyə Avstraliya nümayəndə heyətinin rəhbəri Anna Mears bildirib.
Məlumat üçün bildirək ki, Avstraliyanın qadınlardan ibarət yığmasının ilk oyunu iyulun 31-də Niderlanda qarşı olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı