Yüksək Liqada VII turun oyunları keçiriləcək
21 yanvar 2025 784
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək.
Turun bütün oyunları eyni gündə təşkil olunacaq. Tura Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək "Murov Az Terminal” və "Azərreyl" oyunu ilə start veriləcək.
Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan bir saat sonra UNEC - "Abşeron” oyunu start götürəcək. UNEC Voleybol Klubunun idman zalında keçiriləcək matç saat 17:00-da başlayacaq. Turun son oyunu isə "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları arasında olacaq. Saat 18:00-da başlayacaq oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı