Yunan-Roma güləşçimiz İslamiadanın finalında
19 noyabr 2025 - 12:56 579
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.
Olympic.az xəbər verir ki, bu gün daha 5 güləşçimiz mübarizəyə başlayıb. Yunan-Roma güləşçilərimizdən Murad Əhmədiyev (97 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Təmsilçimiz ilk görüşdə Misir, növbəti mərhələdə isə Türkiyə idmançılarına qalib gəlib.
Qeyd edək ki, final yarışlarına Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı