Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında növbəti medalı qazanıb
28 iyul 2026 - 19:10 485
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) mundialda 3-cü yeri tutub.
Bu gün, həmçinin İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı