Yunan-Roma güləşi üzrə Azərbaycan millisi III MDB Oyunlarını 6 medalla başa vurub
07 oktyabr 2025 - 19:38 640
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.
Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları 6 medalla başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı