Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında dünya üçüncüsü olub
23 oktyabr 2025 - 23:44 609
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.
Millimiz 2 qızıl və 1 bürünc medal qazanıb və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.
Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı