Yunis Hüseynov: "Qazandığım bu mükafat karyeramın ən yaddaqalan nailiyyətlərindən biri olacaq"
29 iyul 2025 - 13:55 669
"Festival çərçivəsində ilk dəfə təşkil olunan taekvondo üzrə yarışlar çox gərgin keçdi".
Bu sözləri müsahibəsində Avropa Gənclər Olimpiya Festivalının taekvondo yarışlarının bürünc mükafatçısı Yunis Hüseynov (73 kq) deyib.
Festivaldakı çıxışını dəyərləndirən idmançımız bildirib ki, yarış kifayət qədər çətin və gərgin mübarizələrlə yadda qalıb:
"Medal uğrunda əvvəlcə Makedoniya, sonra Belçikadan olan rəqiblərimə qalib gəldim. Növbəti görüşdə fransalı rəqibimi də medal uğrunda mübarizədən kənarlaşdırdım. Lakin türkiyəli idmançı ilə qarşılaşmada qələbə rəqibimin tərəfində oldu. Festivalı bürünc medalla başa vurdum. Belə yarışlarda medal qazanmaq xüsusi bir hissdir. Sevincimi sözlə ifadə edə bilmirəm. Çəkdiyim əziyyət hədər getmədi. Düzdür, qızıl medal qazana bilmədim. Amma bu gələcək yarışlara daha yaxşı hazırlaşmaq və səhvlərim üzərimdə çalışmaq üçün bir təcrübədir. Hesab edirəm ki, qazandığım bu mükafat karyeramın ən yaddaqalan nailiyyətlərindən biri olacaq".
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı


