“Zaqreb Open” turniri: Daha bir güləşçimiz gümüş medal qazanıb
05 fevral 2023 719
Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin sonuncu günündə Azərbaycanın yunan-Roma güləş yığması daha bir medal qazanıb.
60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş medal əldə edib.
Nihat Məmmədli finala kimi ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta (Rumıniya) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı