Zaqreb Qran-Prisi üç medalla yadda qaldı
16 sentyabr 2024 1290
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri keçirilib.
40 ölkədən 326 idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparıb.
Millimiz yarışda qadınlar və kişilər arasında 7 çəki dərəsində 10 idmançı ilə təmsil olunub.
Cüdoçular yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında çıxış ediblər. Üç gün davam edən yarış 1 gümüş və 2 bürünc medalla yadda qalıb.
Komandamıza gümüş medalı Əhmər Yusifov (-60 kq) qazandırıb. Turan Bayramov (-60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı