Zemfira Meftaxetdinova: "İdman ictimaiyyətini səsvermədə fəal iştirak etməyə səsləyirəm"
28 avqust 2024 1091
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu dəfə parlament seçkisi bütün ölkə ərazisində baş tutacaq. Bu o qədər qürurlu və şərəflidir ki, sözlə ifadə etmək çətindir. Ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin ilk parlament seçkisində iştirak edəcəyik".
Bu sözləri "Seçki-2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova bildirib.
O qeyd edib ki, ölkəmizin digər əraziləri kimi Qarabağda, Şərqi Zəngəzurda da seçkinin keçirilməsi, doğma yurda qayıdan soydaşlarımızın öz rayonlarında səs verməsi dövlətimizin gücünün göstəricisidir:
"Bu, çox möhtəşəm və şərəflidir. Eyni zamanda, seçiləcək şəxslərin üzərinə də böyük məsuliyyət düşür. Əminəm ki, onlar qalib ölkənin daha da güclənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".
Olimpiya çempionu idman ictimaiyyətini seçkidə fəal iştirak etməyə səsləyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı