Zeyd Ələsgərov: "Doğma azarkeşlər önündə çempion olmaq qürurverici hisdir"
04 oktyabr 2025 - 18:58 630
"III MDB Oyunları mənim üçün ilin son yarışı idi. Bunun üçün də qızıl medal qazanaraq ili yüksək əhval-ruhiyyədə başa vurmaq istəyirdim".
Bu sözləri III MDB Oyunlarında -60 kq çəki dərəcəsində komandamıza qızıl medal qazandıran Zeyd Ələsgərov bildirib.
Həlledici görüşdə komanda yoldaşı Röyal Qayıbova qalib gələn cüdoçumuz qələbəni ailəsinə həsr etdiyini deyib.
"Oyunlarda üç görüş keçirdim. Çətin rəqiblərlə qarşılaşdım. Buna baxmayaraq qızıl medal qazanmağa müvəffəq oldum. Buna qədər Avropa çempionatında qızıl, Avropa Gənclər Olimpiya Festivalında gümüş, dünya çempionatında isə bürünc medal qazanmışdım. Çox istəyirdim ölkəmizdə keçirilən bu mötəbər yarışda da qızıl medal qazanım. Özümə inanırdım və yekunda qızıl medala layiq görüldüm. Doğma azarkeşlər önündə çempion olmaq qürurverici hisdir. Qarşıda gənclər və böyüklər arasında da uğurlarımı davam etdirmək istəyirəm. Ən böyük arzum isə Olimpiya çempionu olmaqdır", - deyə Zeyd Ələsgərov bildirib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı