Zeyd Ələsgərovun medal təəssüratları
23 iyul 2025 - 20:26 691
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF-2025) gümüş medal qazanan cüdoçumuz Zeyd Ələsgərov yarışla bağlı təəssüratlarını bölüşüb. -60 kq çəki dərəcəsində çıxış edən gənc idmançı finala qədər inamla irəliləsə də, həlledici qarşılaşmada məğlub olaraq ikinci yeri tutub.
“Yarış kifayət qədər gərgin və maraqlı keçdi. Hədəfim qızıl medal qazanmaq idi. Bu məqsədlə uzun müddət məşq etmişdim. Lakin finalda rəqibim daha üstün çıxış etdi və nəticədə gümüş medal qazandım. Qarşıda bizi daha böyük turnirlər, daha çətin sınaqlar gözləyir. İnşallah, gələcəkdə yüksək nəticələrə nail olmaq üçün daha da əzmlə çalışacağam”, - deyə Zeyd Ələsgərov bildirib.
Qeyd edək ki, cüdoçumuz bu gün finalda ukraynalı idmançı Xəzər Heydərova məğlub olaraq gümüş medala sahib olub.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı