Ziya Həsənli: "MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir"
30 sentyabr 2025 - 11:13 467
“Bu Oyunlara uzun müddətdir ki, çempion olmaq üçün ciddi şəkildə hazırlaşmışdım".
Bu sözləri III MDB Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran taekvondoçumuz Ziya Həsənli (63 kq) deyib.
O, Azərbaycan taekvondosu tarixində MDB Oyunlarında qızıl medal qazandığı üçün çox sevindiyini qeyd edib. "Oyunlarda üç görüş keçirdim. Ən çətin qarşılaşma isə sonuncu döyüş oldu. Amma rəqibimə qalib gələ bildim. MDB Oyunlarında taekvondo yarışlarında ilk qızıl medalı qazanmaq möhtəşəm bir hissdir. Məqsədimə çatdığıma görə çox sevinirəm. Növbəti hədəfim Olimpiya çempionu olmaqdır”, - deyə Ziya Həsənli qeyd edib.
Bənzər xəbərlər
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının ... Ətraflı
Mingəçevirdə keçiriləcək beynəlxalq reqata üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" ... Ətraflı