2 boksçumuz Avropa birinciliyində finala vəsiqə qazanıb
12 aprel 2024 950
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib. Finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
48 kq-da Bilalhəbaşi Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib. O, finalda Oleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.
Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də olacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı