3x3 basketbol millimiz Avstraliya komandasına da məğlub oldu
02 avqust 2024 1250
Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir. Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi olimpiadada növbəti oyununu keçirib. Komandamız V turda Avstraliya kollektivi ilə qarşılaşıb.
Görüş rəqib komandanın 12:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Millimiz bu gün növbəti oyununu Bakı vaxtı ilə saat 19:30-da Çin komandasına qarşı keçirəcək.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı