8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
06 mart 2022 1549

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib. Müxtəlif sferalarda çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dövlət Bayrağı Meydanı – Azneft Meydanı marşrutu üzrə hərəkət ediblər.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı