Azərbaycan boksçuları 16 ildən sonra Avropa çempionatında 5 medal qazanıblar
10 oktyabr 2025 - 16:22 608
Bilalhəbaşi Nəzərov (50 kiloqram) Azərbaycan boks tarixinə düşüb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin 18 yaşlı idmançısı bu uğura Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında imza atıb.
O, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.
Çexiyadakı Avropa çempionatı Azərbaycanın qız boksçuları üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komandamız medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kiloqram) gümüş, İlkanə Əhmədova (+80 kiloqram) bürünc mükafata yiyələnib.
U-19 Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.
Qeyd edək ki, yığmanın digər medallarını Zidan Hümbətov (55 kiloqram) və Sübhan Babayev (60 kiloqram) qazanıblar. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı