Ağcabədidə yeni cüdo zalı istifadəyə verilib
06 aprel 2023 1246
.jpeg)
Ağcabədi rayonunda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə "EVO" idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb. Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb. Cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.
Ünvan: Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-lisey, Faiq Əlizadə küçəsi №1
Əlaqə nömrəsi: +994 50 474 96 20
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı