Ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
09 aprel 2022 1809

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov yarış iştirakçılarına uğur arzulayıblar.
Daha sonra qadınlar arasında yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib. Qadınlar arasında Azərbaycan çempionatının qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təltif ediblər.
Daha sonra xatirə şəkilləri çəkilib.
Ağır atletika üzrə Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı