Alfonso Dominqes: “Azərbaycana qızıl medalla qayıtmaq istəyirəm”
04 avqust 2024 1277
“Finala vəsiqə qazandığım üçün çox sevinirəm”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanan boksçumuz Alfonso Dominqes (92 kq) deyib.
Azərbaycan idman tarixinə iki Olimpiya medalı qazanan ilk boksçu kimi düşən təmsilçimiz finalda da qalib gələrək Azərbaycana qızıl medalla qayıtmaq istədiyini bildirib.
"Bu mərhələyə qədər güclü rəqiblərlə üz-üzə gəldim. Hər bir rəqibimə böyük hörmətlə yanaşıram. Artıq finaldayam. Hər şey yüksək səviyyədədir. Rəqibim ya Özbəkistan, ya da Tacikistan təmsilçisi olacaq. Bu rəqiblər mənim qızıl medal qazanmaq istəyimə mane ola bilməyəcəklər. Azərbaycana qızıl medalla qayıtmaq istəyirəm"
Qeyd edək ki, Alfonso Dominqes yarımfinalda ispaniyalı Enmanuel Reyes Playa 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı



