AMADA beynəlxalq foto müsabiqəsinə start verib
01 noyabr 2024 931
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və “Gilavar Foto Klubu”nun birgə təşkilatçılığı ilə “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə start verilib.
Müsabiqənin məqsədi 2024-cü - Olimpiya və Paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılmasıdır. Dünyanın dörd bir yanından fotoqrafları idman dəyərlərini əks etdirən və ədalətli oyun mesajını çatdıran fotoşəkillərini müsabiqəyə təqdim etməyə dəvət edirik.
Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, Oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alır. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetiriləcək.
Təqdim ediləcək fotoşəkillərin orijinal və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya oyunları zamanı çəkilmiş olması mütləqdir. Mükafatlar beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və "Gilavar Foto Klubu" tərəfindən təqdim ediləcək. Mükafatçılar İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyəti tərəfindən səsvermə nəticəsində müəyyənləşəcək.
Müsabiqə idmanın gözəlliyini və ədalətli mübarizəni təşviq etməyi hədəfləyir və Olimpiya ruhu vasitəsilə bizi birləşdirən dəyərlər haqqında qlobal müzakirəyə fotolar vasitəsilə ilham verməyə xidmət edir.
Müsabiqə üçün fotoşəkillər 30 noyabr 2024-cü il tarixədək təqdim olunmalıdır.
Qeyd edək ki, dekabrda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi də təşkil ediləcək.
Müsabiqənin şərtləri və qaydaları haqqında əlavə məlumatı sport.gilavar.net saytından əldə etmək olar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı