Amil Ramazanov: “İnanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağam”
05 oktyabr 2025 - 22:55 434
“Ölkəmizdə ilk dəfə təşkil olunan III MDB Oyunlarının mükafatçıları arasında olmaq qürurverici hisdir”.
Bu sözləri müsahibəsində bu gün III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan avarçəkəni Amil Ramazanov bildirib.
2007-2008-ci il təvəllüdlü idmançılar arasında 200 və 500 metr məsafəyə birnəfərlik kayak qayığında bürünc medal qazanan idmançımız yarışda rəqabətin yüksək olduğunu qeyd edib.
“Bu yarış mənim üçün ən gərgin sınaqlardan biri idi. Buna görə də yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Güclü rəqiblərə baxmayaraq, mükafatçılar sırasında yer almağı bacardım. Əvvəllər də beynəlxalq reqataların qalib və mükafatçısı olmuşam və bu təcrübə mənim üçün böyük dəstək oldu. İnanıram ki, gələcəkdə daha böyük uğurlar qazanacağam. Üzərimdə əziyyəti olan məşqçilərimə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Amil Ramazanov bildirib.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı