ANOC-un 27-ci Baş Assambleyasına yekun vurulub
01 noyabr 2024 674
Oktyabrın 31-dən noyabrın 1-dək Portuqaliyanın Kaşkayş şəhərində Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 27-ci Baş Assambleyası keçirilib.
Baş Assembleyada ölkəmiz Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırovla təmsil olunub.
Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell, BOK-un və ANOC-un rəsmi nümayəndələri çıxış ediblər.
Kaşkayş şəhərindəki tədbirdə Olimpiya Komitələri Assosiasiyasının, Dünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, İndoneziya Olimpiya Komitəsinin, Qitə Assosiasiyalarının hesabatları dinlənilib və "Deloitte" və Şəhər Rəqəmsal İdarəetmə Mərkəzinin təqdimatı keçirilib. Daha sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarının və 2028-ci ildə Amerikanın Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarını hesabatları iştirakçıların diqqətinə çatdırılıb.
Assambleya çərçivəsində Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Dünya Oyunları Assosiasiyasının, İdman Arbitraj Məhkəməsinin, Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2026-cı ildə İtaliyanın Milano-Kartino şəhərində keçiriləcək XXV Qış Olimpiya Oyunlarının və Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək IV Yeniyetmələrin Olimpiya Oyunlarının hesabatları da dinlənilib. Bundan başqa Beynəlxalq Olimpiya Komitəsinin İdarə heyətindəki yeniliklər, MOK-larla olan münasibətlərin təkmilləşməsi, ANOC-un yeni strateji planı, XXVII Baş Assambleyasının qərarları, növbəti XXVIII Baş Assambleyası haqqında müzakirələr aparılıb.
Baş Assembleyada həmçinin İnkişaf edən Olimpiya Proqramı: MOK-ların prespektivliyi, Təhlükəsiz idman üçün effektiv strategiyalar, Olimpiya Aİ Gündəliyi: MOK-lar üçün Aİ-nin gələcəyi mövzuları ətrafında söhbətlər aparılıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı








