Aprelin 13-də Stolüstü tennis üzrə növbəti Azərbaycan birinciliyinə start veriləcək
12 aprel 2022 1665

Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərəcəklər. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, budəfəki yarışlar şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək. “Şüa” İdman – Sağlamlıq Kompleksində 4 gün davam edəcək ölkə birinciliyinə aprelin 16-da yekun vurulacaq. Yarışın keçirilməsində əsas məqsəd, stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir. Qeyd edək ki, fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, seçmə komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı