Avarçəkmə üzrə “Prezident Kuboku-2025”in püşkatması olub
29 aprel 2025 825
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının püşkatma mərasimi baş tutub.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, püşkatma yerli və xarici hakimlərin, eyni zamanda komandaların nümayəndələrinin iştirakı ilə keçirilib. Burada “Prezident Kuboku-2025”də mübarizə aparan idmançıların yaş qruplarına və avarçəkmə qayıqlarının növlərinə əsasən müxtəlif kateqoriyalarda yarış proqramı müəyyənləşib.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı