Avropa çempionatı: Azərbaycanın həndbol millisi seçmə mərhələdə üçüncü oyununu keçirəcək
28 fevral 2024 1197
Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxacaq.
V qrupda mübarizə aparan yığma Litva seçməsini qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması martın 3-də isə Litva ilə səfərdə qarşılaşacaq. Milli komanda qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə uduzub.
Bənzər xəbərlər
Elmin Əliyev Avropa çempionu oldu
Serbiyanın Zrenyanin şəhərində keçirilən U23 Avropa çempionatı sona çatıb.
Yarışın sonuncu ... Ətraflı
İrina Zaretska Karate 1 Premyer Liqada üçüncü olub
Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada üçüncü ... Ətraflı