Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar
18 fevral 2024 660

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşçilərdən ibarət Azərbaycan millisi Vətənə qayıdıb.
83 xalla komanda hesabında 4-cü yeri tutan yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Qeyd edək ki, yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan Azərbaycan yığması medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Milli komanda qitə birinciliyində 10 çəkidən yalnız 5-də təmsil olunub. Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qızıl, Elis Manolova (65 kiloqram) isə bürünc medal qazanıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı