Avropa Liqası: "Qarabağ" bu gün "Lion"la üz-üzə gələcək
28 noyabr 2024 1111
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna start veriləcək. Azərbaycanın "Qarabağ" klubu bu tur Fransanın "Lion" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 21:45-də başlayacaq. Matçın baş hakimi serbiyalı Nenad Minakoviç olacaq. Qeyd edək ki, "Qarabağ" 4 turdan sonra 3 xalla 29-cu, "Lion" isə 7 xalla 9-cu pillədə yer alıb.
Xatırladaq ki, Ağdam təmsilçisi daha əvvəl İngiltərədə "Tottenhem"ə (0:3), doğma meydanda İsveç təmsilçisi "Malmö"yə (1:2) və Niderlandın "Ayaks" komandasına (0:3) uduzub. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Norveçdə "Budyo Qlimt"i məğlub edib - 2:1. "Lion" isə doğma meydanda Yunanıstanın "Olimpiakos" (2:0), səfərdə Şotlandiyanın "Reyncers" (4:1) klublarına qalib gəlib. Daha sonra evdə Türkiyənin "Beşiktaş" komandasına uduzan (0:1) fransızlar Almaniyada "Hoffenhaym"la bərabərə (2:2) qalıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı