Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın Avropa çempionu ilk görüşdə məğlub olub
06 aprel 2024 795
Azərbaycanın daha bir qadın güləşçisi Elis Manolova Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğursuzluqla üzləşib.
68 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində bolqarıstanlı Mimi Xristova ilə qarşılaşıb.
Avropa çempionlarının duelindən Xristova 4:2 hesabı ilə qalib ayrılıb. Bununla Manolovanın finala yüksəlmək ümidinin üstündən xətt çəkilib.
Qeyd edək ki, daha əvvəl Birgül Soltanova (62 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı