Azərbaycan Ağır Atletika Federasiyasında təyinatlar olub
24 aprel 2022 2676

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib. İclasda 9-10 aprel tarixlərində təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub. Qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma komanda üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət yığma komanda üzrə böyük məşqçi, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma komanda üzrə böyük məşqçi təyin olunub.
Baş məşqçi Emil Təvəkkül oğlu Əliyev 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-98-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.
Uzun müddət Azərbaycan yığma komandasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. Ustad ağır atletlər arasında üçqat Avropa çempionu, Dünya Kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır.
Ağır atletika üzrə Azərbaycan Respublikasının İdman Ustasıdır.
Məşqçiliyə 2013-cü ildən başlayıb. 2016-cı ildə “Zirvə” Beynəlxalq İdman Klublarında işləyib, 2017-ci ildən isə fəaliyyətini Mərkəzi Ordu İdman Klubunda davam etdirib, bu günə qədər orada çalışıb. 2017-18-ci illərdə Azərbaycanın gənc ağır atletlərdən ibarət yığma komandasında məşqçi postunu tutub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı