Azərbaycan akrobatları Avropa çempionatında daha üç medal qazanıblar
23 oktyabr 2023 737

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl medal qazanıb
İdmançılar çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.
Qeyd edək ki, bu gün həmçinin Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı