Azərbaycan Badminton Federasiyasına yeni prezident seçilib
08 dekabr 2021 1389
Dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
İclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov federasiyanın yeni prezidenti seçilib.
Aynur Səmədova və Emin Maqsudov İdarə Heyətinin sədr müavinləri, Rəşad Kərimov və Mirzə Orucov isə İdarə Heyətinin üzvləri seçiliblər.
İclasda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının sabiq prezidenti Mikayıl Cabbarov çıxış edərək federasiyanın yeni rəhbərliyini təbrik edərək, uğurlar arzulayıblar.
Bənzər xəbərlər
Fiqurlu konkisürənimiz Milan-Kortina-2026-da çıxışını başa vurdu
İtaliyada keçirilən Milan-Kortina-2026 Qış Olimpiya Oyunları çərçivəsində fiqurlu konkisürmə yarışlarında ... Ətraflı
Milan-Kortina-2026: Fiqurlu konkisürmə yarışında tarixi an
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.
Təxminən 50 ildən ... Ətraflı