Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub
07 fevral 2025 849
Badminton üzrə Azərbaycan milli komandası Bakıda ilk dəfə keçiriləcək qarışıq komandaların Avropa çempionatına hazırlaşır.
Hazırlıqda yığmanın baş məşqçisi Morteza Validarvinin rəhbərliyi altında 16 idmançı iştirak edir.
Fevralın 11-dək davam edəcək təlim-məşq toplanışına Cahid Əlhəsənov, Keişa Fatimə Zəhra, Məhəmmədəli Bayramlı, Edi Reski Dviçayo, Aqil Qabilov, Rəvan Niftəliyev, Ülvi Hüseynov, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Həcər Nuriyeva, Dikki Dvi Pangestu, Nigar Səmədova, Murad Şabanzadə, Əmirxan İmanov və Nəzrin Mehralızadə cəlb olunublar.
Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan olmaqla ümumilikdə 8 komanda mübarizə aparacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı