Azərbaycan Basketbol Liqasında 3-cü tur iki qarşılaşma ilə start götürdü
26 oktyabr 2022 490
26 oktyabr Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasında 3-cü turun iki görüşü baş tutdu. Turun açılış oyununda iki paytaxt komandası "Sabah BK" və "Neftçi İK" üz-üzə gəldilər. Müdafiələrin önə çıxdığı qarşılaşmada "Sabah BK" komandası rəqibinə 70-65 hesablı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Sabah BK" (Kamran Məmmədov 16 xal), "Neftçi İK" (Mohsen Moradxani 12 xal - 8 ribaund) .Günün ikinci oyununda çempionatın ilk iki turunda qələbə qazanmış "Gəncə BK" komandası "AAAF Xırdalan BK" basketbolçuları ilə qarşılaşdı. Oyuna fəal başlayan Gəncəlilər yekunda 94-84 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəldilər.Ən məhsuldar basketbolçular: "Gəncə BK" (Cəbrayıl Əkbərov 33 xal - 5 ribaund), "AAAF Xırdalan BK" ( Deymon Makdouel 35 xal - 8 ribaund)
Qeyd edək ki, 3-cü turun digər iki görüşü ("NTD BK" - "Zirvə Astara BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK") 29 oktyabr tarixində baş tutacaq.
Bənzər xəbərlər
Avropa çempionatından bir qızıl və bir bürünc medal
Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.
Azərbaycan Bilyard Federasiyasından verilən ... Ətraflı
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ... Ətraflı