Xəbərlər

Azərbaycan birinciliyinə qızların mübarizəsi ilə start verildi

13 may 2022 143

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. 

Artıq ilk qaliblər müəyyənləşib. Yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində Gülşən Hüseynova, 49 kq çəki dərəcəsində Türkan Qənbərzadə, 64 kq-da Zəhra Niftəliyeva, 76 kq-da Arzu Qədimov, yaşı 17-yə qədər olan qızlar arasında isə 49 kq-da Selcan Qarayeva, 76 kq-da Rəhilə Hüseynzadə Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Qızlar. U-15.
40 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Gülşən Hüseynova    2008    Gəncə    Təhsil    40    24    26    50
2.    Jalə Əbilova    2009    Qazax    Göyəzən    40    18    23    41

49 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Türkanə Qənbərzadə    2007    Lənkəran    Zirvə    49    44    51    95

64 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Zəhra Niftəliyeva    2007    Sumqayıt    Təhsil    64    49    61    110

76 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Arzu Qədimova    2009    Sumqayıt    Təhsil    76    38    45    83

Qızlar. U-17
49 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Selcan Qarayeva    2005    İsmayıllı    CİM    49    50    65    115

76 kq
N    Adı    İl    Ölkə/Şəhər    Klub    Çəki    Birdən    Təkanla    Toplam
1.    Rahilə Hüseynzadə    2005    Lənkəran    Zirvə    76    76    92    168