Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
28 oktyabr 2026 - 15:46 19
Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.
Milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.
Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.
U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.
U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.
Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.
Qitə birinciliklərində əldə olunan nəticələr bununla yekunlaşmır. Noyabrda keçiriləcək U-23 Avropa çempionatı millimizə medal sayını artırmaq və ilin uğurlarına yeni nailiyyətlər əlavə etmək imkanı yaradacaq.
Bənzər xəbərlər
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
Seneqalın paytaxtı Dakarın ev sahibliyi edəcəyi Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə məşqçilər üçün seminara start ... Ətraflı