Dakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
27 oktyabr 2026 - 14:44 20
Milli Olimpiya Komitəsi Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarların adlarını açıqlayıb.
Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq. Qeyd edək ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.
Bənzər xəbərlər
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
Seneqalın paytaxtı Dakarın ev sahibliyi edəcəyi Yeniyetmələrin IV Yay Olimpiya ... Ətraflı
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə məşqçilər üçün seminara start ... Ətraflı