Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
22 fevral 2024 882
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində həm qadın, həm də kişilərin Yüksək Liqası çərçivəsində növbəti oyunlar keçirilib.
İlk olaraq meydana kişilərdən ibarət “Murov Az Terminal” və “Neftçi” klubları çıxıb. Gərgin keçən görüşdə “Murov Az Terminal” 3:1 hesabı ilə qələbə qazanıb.
Günün növbəti matçı isə qadınlardan ibarət “Milli Aviasiya Akademiyası” və “Azərreyl” klubları arasında olub. Oyuna daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib.
Kişilərin turnir cədvəlinə “Azərreyl” 24 xalla (8 qələbə) başçılıq edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
Qadınların turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Bənzər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 Noyabr - Milli Dirçəliş ... Ətraflı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 Noyabr - Milli ... Ətraflı