Azərbaycan Cüdo Federasiyası bu gün Olimpiya stadionunda yerləşən “Neftçi” İdman Klubunun təlim məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil edib
24 yanvar 2022 1038

Azərbaycan Cüdo Federasiyası bu gün Olimpiya stadionunda yerləşən “Neftçi” İdman Klubunun təlim məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil edib.
Beynəlxalq dərəcəli hakim Vladimer Nutsubidze tərəfindəndən keçirilən seminarda hakimlərlə yanaşı, Azərbaycanın kişilərdən ibarət milli komandasının məşqçiləri və idmançıları da iştirak ediblər.
Təlimdə tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın videoçarxı yaxın günlərdə Azərbaycan Cüdo Federasiyasının sosial şəbəkələrində yayımlanacaq.
Qeyd edək ki, 25 yanvar tarixində “Atilla” və “Cüdo 2012” klublarının təlim məşq mərkəzində Azərbaycanın qadınlardan və yeniyetmələrdən ibarət milli yığmalarının məşqçiləri və idmançıları, həmçinin hakimlər heyəti və müxtəlif klub, idman cəmiyyətləri və təşkilatlarının məşqçiləri üçün də eyni mövzuda seminarlar keçiriləcək.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı