Xəbərlər

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

06 oktyabr 2026 - 18:42 24

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.

 

Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.

 

Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.