Azərbaycan cüdoçusu Avropa çempionatında daha bir medal qazanıb
25 aprel 2025 452
Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında növbəti medal qazanıb.
Murad Fətiyev (90 kiloqram) üçüncü yer uğrunda görüşdə rəqibinə qalib gələrək bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) bürünc medal qazanıblar.
Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı