Azərbaycan cüdoçusu Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qızıl medal qazanıb
27 iyul 2022 1154
Azərbaycan cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qızıl medal qazanıb.
Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda niderlandlı Yuliya Berskensə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın festivalda ilk qızıl medalıdır.
Digər təmsilçimiz Aydan Vəliyeva (52 kq) isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlib.
Qeyd edək ki, iyulun 27-də Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı