Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq
30 aprel 2024 1351
Göygöldə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək idmançıların sayı müəyyənləşib.
Azərbaycanın ikinci dəfə ev sahibliyi edəcəyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan və Lüksemburqdan ümumilikdə 400-ə yaxın cüdoçu qatılacaq. Buraya fərdi neytral idmançılar daxildir.
Azərbaycan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində 147 cüdoçu (102 oğlan və 45 qız) ilə təmsil olunacaq.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq Avropa Kuboku mayın 4-5-də baş tutacaq.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı