Azərbaycan III MDB Oyunlarını qəbul etməyə hazırdır
25 sentyabr 2025 - 17:43 496
III MDB Oyunlarının keçiriləcəyi arenalarda hazırlıq işləri yekunlaşdırılır.
Bakı Şəhər Halqasından verilən məlumata görə, idmançılar 12 məkanda 23 idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Oyunların yüksək səviyyədə keçirilməsi, komandalar, media nümayəndələri və tamaşaçıların rahatlığı üçün bütün tədbirlər görülüb.
Belə ki, hər bir idman məkanında məlumat mərkəzləri, media toplanış məntəqələri, mətbuat otaqları, tibb məntəqələri mövcuddur. Yarışlara hazırlıq zamanı hər bir idman növünün xüsusiyyətləri nəzərə alınıb, beynəlxalq standartlara uyğun idman və digər avadanlıqlar quraşdırılıb.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla saat 19:00-da başlayacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı