Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
27 noyabr 2023 981

Azərbaycan Karate Federasiyasının idmançısı Elşanə Rüstəmzadə kyokuşin-kan növündə ilkə imza atıb.
O, böyüklər arasında dünya çempionatında medal qazanan ilk azərbaycanlı qadın karateçi kimi adını tarixə yazdırıb.
Qazaxıstanda keçirilmiş yarışda mübarizə aparan idmançı 50 kiloqram çəki dərəcəsində bürünc mükafata yiyələnib.
Xatırladaq ki, buna qədər yeniyetmələr arasında Nəzrin Hacıyeva mundialın qızıl medalına layiq görülüb. Milli komandanın digər üzvü, Dünya Qran-Prisinin gümüş medalçısı olmuş Cəmil Kazımlı isə 65 kiloqramdan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı