Azərbaycan kikboksçuları Latviyada turnirdə iştirak edəcəklər
25 aprel 2025 833
Azərbaycan kikboksçuları Latviyada keçiriləcək turnirdə iştirak edəcəklər.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, Riqa şəhərində təşkil olunacaq WAKO üzrə yarışa 3 idmançımız qatılacaq.
"Latvia Open"də gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyev və məşqçi Orxan Əkbərlinin rəhbərliyi altında Rafiq Babazadə (57 kq, K-1), Ayxan Həsənov (81 kq, K-1) və Oqtay İsmayılov (60 kq, K-1) mübarizə aparacaqlar.
Turnirdə WAKO kateqoriyalı hakim, federasiyanın hakimlər kollegiyasının sədr müavini Aydın Ağabəyov da fəaliyyət göstərəcək. Nümayəndə heyətinə AKF-nin baş katibi İlkin Məsimzadə rəhbərlik edir.
Qeyd edək ki, bu gün startı verilən və aprelin 28-də yekunlaşacaq yarışda qalib gələn idmançılar pul mükafatı ilə təltif olunacaqlar.
Bənzər xəbərlər
Vüsal Nəsirli Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
Federasiyanın prezidenti vəzifəsinə Azərbaycan ... Ətraflı
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı